Netanyahu ABŞ Konqresində çıxış edib – Etiraz aksiyası keçirilib


“İsrail ABŞ ilə birlikdə Yaxın Şərqdə “İranın terror oxu ilə toqquşmada” qalib gələcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatasının birgə iclasında çıxışı zamanı deyib.
Baş nazir konqresmenlərə müraciət edərək, “Bir şeyi əmin edə bilərəm ki, biz qalib gələcəyik” deyib:
“ABŞ və İsrail bir yerdə olanda biz qalib gəlirik, onlar isə uduzurlar. ABŞ və İsrail birlikdə hərəkət etməlidirlər”.
Qeyd edək ki, bu, İsrail Baş nazirinin siyasi karyerasında Amerika konqresmenləri qarşısında dördüncü çıxışıdır. Netanyahu sonuncu dəfə 2015-ci ilin martında Konqresin hər iki palatasının birgə iclasında çıxış edib.
Vaşinqtonda Benyamin Netanyahunun çıxışına qarşı kütləvi nümayiş keçirilib. Mitinq “Netanyahunu həbs edin” şüarı altında keçirilir. Etirazçılar ABŞ paytaxtının mərkəzində, İsrail Baş nazirinin çıxış etdiyi Kapitol binası ilə üzbəüz toplaşıblar. Nümayişin təşkilatçıları - Fələstin tərəfdarı və insan haqları təşkilatlarından ibarət qrup on minlərlə insanın iştirakını gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top