Siqaret və içkilərin aksiz dərəcələri qaldırıldı – Yeni qiymətlər


Azərbaycana gətirilən aksizli malların aksiz dərəcələrində dəyişikliklər edilib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, şampan şərabının 1 litri üçün aksiz dərəcəsi 5,1 manatdan 2,7 manata endirilib. 80 həcm faiz və ya çox spirt qatılığı ilə denaturasiya olunmamış etil spirit və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spiritin 1 litri üçün aksiz dərəcəsi 6 manatdan 6,8 manata, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların 1 litri üçün aksiz dərəcəsi 8 manatdan 8,8 manata, viski, rom, taffiya, cin, araq, likör və digər spirtli içkilərin 1 litri üçün aksiz dərəcəsi 12,0 manatdan 12,8 manata qaldırılıb.
Yeniq qərarla, həmçinin ölkəyə gətirilən tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün aksiz dərəcəsi 43 manatdan 45,5 manata, tərkibində tütün və tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların 1000 ədədi üçün 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin 1 ədədi üçün isə 0,25 manatdan 2 manata qaldırılıb.
Qeyd olunub ki, qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top