İnsult zamanı nə etmək olmaz?


Nevroloq insult zamanı ilk yardımın göstərilməsinin əsas səhvi barədə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş nevroloqu, Federal Beyin və Neyrotexnologiya Mərkəzinin Serebrovaskulyar Patologiya və İnsult İnstitutunun direktoru Nikolay Şamalov KP.RU-ya danışıb.
Şamalovun sözlərinə görə, əgər insan insult keçiribsə, təcili yardım gələnə qədər ilk tibbi yardım göstərən şəxs “NÇR qaydası”na əməl etməlidir – ağızdan heç nə (“niçeqo çerez rot”):
“İnsultdan şübhələnən şəxsə yemək, su və dərman verilməməlidir. İnsult zamanı udma pozulur, bu da qidanın ağciyərlərə daxil olmasına səbəb ola bilər. Bu, həyati təhlükəsi olan aspirasiya pnevmoniyasına səbəb ola bilər”.
Həkim əlavə edib ki, insult zamanı insan bədəninin bir tərəfində əzalarda zəiflik yaranır, nitq pozulur, sifət əyilir (qaş, göz küncü və ya ağız).

DİGƏR XƏBƏRLƏR

Top