98 yaşlı alim kəşfindən 75 il sonra doktorluq dərəcəsi aldı – Foto


Hiqqs bozonunun (fərziyyəyə görə başqa hissəciklərə kütlə verən hissəcik) kəşfini proqnozlaşdıran 98 yaşlı qadın İngiltərədə doktorluq dərəcəsinə layiq görülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, 1948-ci ildə Rozmari Fauler Bristol Universitetində doktorluq dissertasiyası üzərində işləyərkən kaon zərrəciyini kəşf edib. Onun kəşfi elementar zərrəciklər fizikasında inqilaba səbəb olub.
İki il sonra onun rəhbəri Sesil Puaell Nobel Mükafatını alıb və sonra məlum olub ki, Faulerin işi 1964-cü ildə nəzəri olaraq əsaslandırılmış və yalnız 2012-ci ildə Kerndə kəşf edilmiş Hiqqs bozonunun kəşfini proqnozlaşdırır.
“Mən dərhal başa düşdüm ki, bu, nə isə yeni bir şeydir. Çünki biz əvvəllər heç vaxt belə bir şey görməmişdik. Elementar zərrəciklər fizikası budur”, - deyə Fauler daha sonra etiraf edib.
Lakin 75 il əvvəl xanım fizik ailə həyatı qurmaq üçün doktorluq dissertasiyasından imtina edib. 1949-cu ildə o, həmkarı fizik Peter Faulerlə ailə həyatı qurub və hər ikisi təbiət elmləri sahəsində tədqiqat aparmaqda davam ediblər.
Bristol Universitetinin hazırkı rektoru ser Pol Ners xanım Rozmari Fauleri fəxri elmlər doktoru dərəcəsinə layiq görüb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-də 91 yaşlı qadın universitetə ​​qəbul olduqdan 70 il sonra diplom almışdı.

DİGƏR XƏBƏRLƏR

Top