Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb edilib – Yenilənib


“Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərin sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb:
“Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.

***11:27
Xalq artisti Ağadadaş Ağayevlə bağlı yayılan xəbərlər barədə rəsmi məlumat yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki, balta ilə onu hədələdiyini bildirib.
“N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb”.

DİGƏR XƏBƏRLƏR

Top