“Telegram” istifadəçilərinin sayı 50 milyon artıb


“Telegram”ın aktiv istifadəçi sayı 50 milyon artaraq, 950 milyona çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə messencerin həmtəsisçisi Pavel Durov öz “Telegram” kanalında məlumat verib.
““Telegram” son üç ayda 900 milyondan 950 milyon aylıq aktiv istifadəçiyə çatdı. Artıq hədəf bir milyarddır!” - o, bildirib.
Qeyd edək ki, bundan əvvəl Durov hər ay 900 milyon insanın “Telegram”dan istifadə etdiyini, bu rəqəmin yarısının, yəni 450 milyonunun isə “Telegram”a gündəlik daxil olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top