Həddindən çox tərləmənin qarşısını necə alaq?


“Tərləmə bir çox problemə səbəb ola bilər – gigiyenikdən tutmuş (qoxu, dəri problemləri) məişət problemlərinə qədər, məsələn, ovucların hiperhidrozu səbəbindən məşq etmək çətin olduqda”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nyu York Tibb Kollecinin dermatologiya kafedrasının dosenti Şoşana Marmon “Medical Xpress” üçün məqaləsində bildirib.
Marmon vurğulayıb ki, hiperhidrozun müalicəsi yoxdur, ancaq onun nəticələrini nəzarət altına ala bilərsiniz:
“Belə ki, dezodorant sadəcə olaraq xoşagəlməz qoxunu gizlədir, antiperspirant isə tər vəzilərini bağlayır, həddindən artıq tərləmənin qarşısını alır. Hər iki məhsul gündə iki dəfə təmiz dəriyə - səhər və yatmazdan əvvəl bədənin aktiv tərləyən hissələrinə, o cümlədən ovuclara və dizlərin altına tətbiq etmək lazımdır”.
Həmçinin, dermatoloq qeyd edib ki, düzgün seçilmiş paltar tərləmə intensivliyini azaltmağa və müvafiq olaraq xoşagəlməz qoxudan qurtulmağa kömək edəcək:
“Pambıq paltar isti havalar üçün idealdır. Bundan əlavə, ən çox tərləyən yerlər üçün xüsusi bezlərdən istifadə edə bilərsiniz”.
Həkimin sözlərinə görə, ayaqqabı dəyişdirmək ayaqdan gələn tər iyinin öhdəsindən gəlməyə kömək edəcək. O, hər gün eyni cütü geyinməməyi və geyindikdən sonra onları yaxşıca qurutmağı tövsiyə edib. Marmon əlavə edib ki, pambıq corablar yalnız nəm hopdurmağa kömək etməyəcək, həm də göbələklərin qarşısını almaq üçün əla vasitə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top