“Tesla” 2026-cı ildə insanabənzər robotların kütləvi istehsalına başlayacaq


Elektrik avtomobil istehsalçısı “Tesla” 2025-ci ildə konveyerlərdə insanabənzər robotlardan istifadə etməyi və bir ildən sonra digər şirkətlərə satış üçün onların kütləvi istehsalına başlamağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin təsisçisi İlon Mask məlumat verib.
“Gələn ildən “Tesla” artıq insanabənzər robotlara sahib olacaq. Ancaq “Tesla”nın daxili istifadəsi üçün onların sayı çox olmayacaq. Ümid edirik ki, insanabənzər robotlar 2026-cı ildə digər şirkətlər üçün də kütləvi istehsal olunacaq”, - o, “X” sosial şəbəkə platformasında yazıb.
Mask iyunun 14-də bildirib ki, “Tesla” 2025-ci ildə şirkətin müəssisələrində bir neçə min robotu istifadəyə verəcək.
Qeyd edək ki, iş adamı insanabənzər robot istehsal etmək ideyasını 2021-ci ilin avqustunda irəli sürüb. Layihə “Optimus” adlanır. Modelin boyu insan boyda olacaq və təxminən 20 kq çəki qaldıra biləcək.

DİGƏR XƏBƏRLƏR

Top