“Microsoft”dakı nasazlıq 8,5 milyon “Windows” cihazına təsir edib


“Microsoft Azure” bulud saxlama platformasında yaranan nasazlıq “Windows” əməliyyat sistemi ilə işləyən təxminən 8,5 milyon cihaza təsir edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Microsoft” şirkəti öz bloqunda bəyanat yayıb.
“Proqram yeniləmələri bəzən problemlərə səbəb olsa da, “Crowdstrike”la bağlı olan insident kimi böyük insidentlər çox nadir baş verir. Hesab edirik ki, “Crowdstrike” yeniləməsi “Windows”la işləyən 8,5 milyon cihaza (və ya “Windows” la işləyən bütün cihazların 1%-dən azına) təsir edib”, - şirkətdən bildirilib.
“Təsirə məruz qalan cihazların faizi kiçik olsa da, mövcud vəziyyət göstərir ki, “Crowdstrike” kritik xidmətlər göstərən təşkilatlar tərəfindən istifadə olunur”, - bəyanatda qeyd edilib.
Bəyanatda həmçinin, “Crowdstrike”ın “Microsoft”a vəziyyəti qısa bir vaxtda aradan qaldrmaq üçün həll variantı hazırlamaqda kömək etdiyi də bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top