Sabiq deputatın qızının adı çıxarıldı – YAP-ın siyahısında dəyişiklik


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün açıqladığı namizədlər siyahısında dəyişiklik edilib.
Yeniavaz.com
xəbər verir ki, iyulun 17-də YAP-ın İdarə Heyətinin iclasından sonra açıqlanan siyahıda 12 saylı Xəzər birinci seçki dairəsindən Maniyeva Aygün Şaitdin qızının namizəd göstərildiyi qeyd olunsa da, hazırda partiyanın rəsmi saytında yer alan siyahıda həmin dairənin qarşısında Piriyeva Pərvanə Əlövsəd qızının adı var.

Modern.az yazır ki, Maniyeva Aygün Şaitdin qızının namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü olması ilə əlaqədardır.

Şaitdin Əliyev

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top