Azərbaycandan xaricə göndərilən humanitar yardım 4,6 dəfə azalıb


Bu ilin ilk 6 ayı ərzində Azərbaycandan xarici ölkələrə 3 milyon 189,2 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərilib.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə göndərilən humanitar yük, təmənnasız kömək və texniki yardımlar ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə azalıb. Belə ki, ötən ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə 14 milyon 693 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərilib.
Onu da bildirək ki, bu ilin ilk 6 ayında xaricdən Azərbaycana göndərilən humanitar yük, təmənnasız kömək və texniki yardım da ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Əgər 2023-cü ilin ilk 6 ayında Azərbaycana xaricdən 25 milyon 460,3 min dollar humanitar yük, təmənnasız kömək və texniki yardım daxil olubsa, bu ilin eyni dövründə bu göstərici 38 milyon 378,7 min dollar olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top