Bakıda ticarət mərkəzində yanğın olub


Bakı şəhərinin Qaradağ rayonunda “Abşeron” ticarət mərkəzinin ərazisində yanğın olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Ümumi sahəsi 130 m² olan taxta sexinin içərisində sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd kondisioner və 30 m² sahədə taxta materialları yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top