“İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin Qırmızı dəniz sahillərində yerləşən Hudeyda şəhərinin limanına hücum edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
“İsrailin Hudeyda limanındakı neft anbarlarına basqın etməsi nəticəsində ölən və yaralananlar var”, - telekanal Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb.
Səhiyyə Nazirliyi İsrail hava qüvvələrinin hücumu nəticəsində ölən və yaralananların sayını açıqlamayıb.
“Al Hadath” telekanalının məlumatına görə, reyddə F-35 qırıcıları da daxil olmaqla, İsrail Hərbi Hava Qüvvələrinə məxsus ən azı 12 təyyarə iştirak edib.
“Al Masirah”ın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin əsas hədəfləri Hudeyda limanındakı neft anbarları, eləcə də şəhərin elektrik stansiyası olub.