“Xərçəngin qarşısını almaq üçün hər gün pomidor şirəsi için” – Biotexnoloq


“Pomidorun tərkibində olan kalium, maqnezium, mis, karotenoidlər və xüsusən də iltihab əleyhinə xüsusiyyətlərə malik olan piqment likopen istilik emalına yaxşı dözür”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə aif.ru saytına biotexnoloq Tatyana Solntseva məlumat verib.
Həkim izah edib ki, likopen müəyyən şərtlərdə qan damarlarının zədələnməsinə və ürək-damar xəstəliklərinin inkişafına səbəb olan sərbəst radikalları zərərsizləşdirməkdə digər antioksidantlardan iki dəfə effektivdir.
Solntseva qeyd edib ki, likopen həmçinin prostat vəzi, döş və bağırsaq xərçəngi kimi xərçəngin inkişaf riskini azaldır.
Buna görə də ekspert xərçəngdən qorunmaq üçün hər gün pomidor şirəsi içməyi, təzə pomidor, həmçinin tomat pastası və ketçup yeməyi məsləhət görüb:
“Pomidor suyunun icazə verilən gündəlik qəbulu bir və ya iki stəkandır. Ancaq mədə-bağırsaq xəstəlikləriniz varsa, o zaman şirəni ehtiyatla içmək lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top