Azərbaycanda 100 min manatlıq şirkətə rəhbərlik edən 69 yaşlı Erdinç Selvi kimdir?


Bu ilin iyun ayının 11-də 100 min manat nizamnamə kapitalı olan “Olives Azerbaijan Food İndustry and Foreign Trade” MMC (VÖEN – 3105150311) adlı şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com
xəbər verir ki, yeni yaranan şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ev 6-cı km.-də yerləşir.
Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Erdinç Selvidir.
Məlumat üçün bildirək ki, Erdinç Selvi Böyük Britaniyada yerləşən “Diles Holding” adlı şirkətin təsisçisi və rəhbəridir. 1955-ci il təvəllüdlü Erdinç Selvi hazırda Londonda “86-90 Paul Street, London, EC2A 4NE” ünvanında qeydiyyatda olan aşağıdakı şirkətlərin direktoru vəzifəsini icra edir.
12 yanvar 2022-ci ildə qeydiyyata alınan “Natures England Fruit Juice And Food Industry Foreign Trade Ltd”;
11 yanvar 2022-ci ildə qeydiyyat alınan “Diles Airlines Europe Foreign Trade And Logistics Ltd”;
4 mart 2019-cu ildə qeydiyyata alınan “The Elegances Club London Textile Industry Foreign Trade Ltd”;
30 avqust 2018-ci ildə qeydiyyat alınan “Olives Britannia Foreign Trade Co Ltd”.
“Diles Holding”in rəsmi veb-saytında qeyd olunur ki, şirkət Avropada, ABŞ-də yerli ofisləri və Türkiyə, Azərbaycanda istehsalat fabrikləri olan Londonda yerləşən  korporativ müəssisədir. “Diles Holding” Azərbaycanda geyim biznesi ilə də məşğul olur. Holdinqə bağlı olan “The Elegances Club Baku” premium qadın və kişi geyimlərinin dizayneri, istehsalçısı və topdansatışçısıdır.
Qeyd edək ki, “Diles Holding”in saytında onlara məxsus “Olives Britannia” adlı brendin də olduğu bildirilir. Lakin, açıq internet resurslarda belə bir brend haqqında heç bir məlumat mövcud deyil.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top