Füzulidə yanğın: İki helikopter cəlb olundu – Video


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Füzuli rayonunun Seyidəhmədli, Aşağı və Yuxarı Əbdürəhmanlı, Kürdlər və Qorqan kəndləri istiqamətində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.
“Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top