Bankların, aviaşirkətlərin, televiziyaların işi dayandı – “Windows”da xəta


“Windows” əməliyyat sistemindəki kütləvi xəta bank, aviaşirkət, media və digər sektorlardakı şirkətlərin fəaliyyətinə mane olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerikanın “The Verge” portalı məlumat yaylb.  
Məlumata görə, baş verən xəta ABŞ, Avstraliya, Hindistan, Böyük Britaniya və Avropa İttifaqında bir neçə bank və şirkətlərə təsir edib.
Portalın məlumatına görə, xətaya “CrowdStrike”ın ən son təhlükəsizlik proqram təminatının yenilənməsi səbəb olub.
Quraşdırıldığı qurğular və serverlər şəbəkədən ayrılıb və aramsız olaraq yenidən yükləmə prosesi başlayıb.
İlkin məlumata görə, xəta Amerika aviaşirkətlərinin ən azı 130 reysinin ləğvinə və 200-dən çox reysinin gecikməsinə səbəb olub.
Kritik xətanın təsirinə məruz qalan şirkətlər arasında İrlandiyanın “Ryanair” aviadaşıyıcısı da var.
Həmçinin, xəta ilə bağlı “American Airlines”, “United Airlines”, “Delta Airlines” kimi nəhəng şirkətlər uçuşlarını dayandırıb. “Air France” aviaşirkəti uçuşlarda gecikmələr olduğunu bildirib. “Türk Hava Yolları” biletlərin bron edilməsi və uçuşların qeydiyyatı ilə bağlı problemlər yaşayıb. “Lufthansa” sifarişlərdə mümkün məhdudiyyətləri açıqlayıb. Britaniyanın “Sky News” telekanalı canlı yayımını dayandırıb.
“National Australia Bank”, “Bendigo Bank”, “Commonwealth Bank of Australia”, “Bank of New Zealand” və “ASB Bank”ın müştəriləri internet və mobil bankçılıqda, eləcə də elektron ödənişlərdə fasilələrlə üzləşiblər.
London Fond Birjası (LSE) isə informasiyaların yenilənməsi xidmətində fasilələr olduğunu elan edib.

DİGƏR XƏBƏRLƏR

Top