“WhatsApp”a yeni funksiya əlavə edildi


“WhatsApp” tərtibatçıları messencerin beta versiyasına “AI Studio”da “Meta” süni intellekt əsasında fərdiləşdirilmiş söhbət botları yaratmaq imkanı əlavə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Yenilik “WhatsApp”ın “Android” üçün 2.24.15.10 nömrəsi ilə beta versiyasında müşahidə edilib. Mənbənin dərc etdiyi ekran görüntüsünə əsasən, testçilər “AI Studio”nu və istənilən konkret tapşırıq üçün müxtəlif fərdiləşdirilmiş chatbotları sınaya bilərlər.
İndiyə qədər söhbət robotları olan “AI Studio” bölməsi yalnız “Android” üçün “WhatsApp”ın bəzi beta testçiləri üçün əlçatandır. Yeniliyin digər platformalardakı bütün messencer istifadəçiləri üçün nə vaxt işləyəcəyi hələlik açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top