KİV: Siyəzəndə yük qatarı relsdən çıxdı, vaqonlar aşdı – Fotolar


Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb.
Yeniavaz.com
xəbər verir ki, Bizim.media-ya daxil olan məlumata görə, hadisə dəmiryolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib.
Bildirilib ki, yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb:
“Sahibkarlara ciddi zərər dəydiyi bildirilir”.
Qeyd olunub ki, ölən və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən rəsmi məlumat verilməyib.






DİGƏR XƏBƏRLƏR

Top