Yaponiyada insanları gündə ən azı bir dəfə gülməyə təşviq edən qətnamə qəbul edildi


Yaponiyanın Yamaqata prefektural parlamenti sakinləri fiziki və psixoloji sağlamlıqlarını möhkəmləndirmək üçün gündə ən azı bir dəfə gülməyə təşviq edən qətnamə qəbul edib.
Yeniavaz.com
yerli KİV-ə istinadla xəbər verir ki, qanunun müəllifləri Yamaqata Universitetinin Tibb Fakültəsinin araşdırmasına istinad edərək, gülən insanların erkən ölüm riskinin daha az olduğunu aşkar ediblər.
Digər tərəfdən, yerli parlament hər ayın səkkizinci gününü “sağlamlıq üçün gülüş günü” elan edib. Parlament həmçinin işəgötürənlərdən iş yerində gülüş dolu bir atmosfer yaratmağı istəyib.
Qətnamə prefektura məclisinin bəzi deputatları tərəfindən tənqid edilib. Onlar bəyan ediblər ki, xəstəlik və ya digər səbəblərdən gülməkdə çətinlik çəkənlərin hüquqları pozulmamalıdır.

DİGƏR XƏBƏRLƏR

Top