“WhatsApp” yeni funksiya təqdim edəcək


“WhatsApp” messencerində mesajların tərcüməsi üçün yeni funksiya olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Bildirilir ki, yenilik “WhatsApp”ın Android üçün 2.24.15.9 nömrəli beta versiyasında aşkar edilib. Bu funksiya ilə istifadəçilər bütün söhbət mesajlarını avtomatik olaraq seçilmiş dilə tərcümə edə biləcəklər.
Güman edilir ki, “WhatsApp” komandası bu funksiya üçün öz tərcümə texnologiyasını inkişaf etdirir. Mesajların tərcüməsi yerli olaraq cihazda işlənəcək, bu da istifadəçilərin təhlükəsizliyinə zəmanət verir, çünki mətn şirkətin serverlərinə ötürülməyəcək. İlkin mərhələdə yalnız beş dilin dəstəklənəcəyi bildirilir: rus, ingilis, ərəb, ispan, portuqal və hindi. Gələcəkdə dəstəklənən dillərin siyahısını genişləndirmək planlaşdırılır.
Xatırladaq ki, oxşar funksiya “Telegram”da artıq mövcuddur, lakin dinamik tərcümədən istifadə etmək üçün istifadəçilərin aktiv “Telegram Premium” abunəsi olmalıdır. “WhatsApp”da isə bu funksiya pulsuz olacaq.
Qeyd edək ki, söhbət mesajlarının tərcüməsi funksiyası hələ inkişaf mərhələsindədir və onun bütün “WhatsApp” istifadəçiləri üçün nə vaxt istifadəyə veriləcəyi hələlik məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top