Mingəçevirdə şadlıq sarayı yandı – Fotolar


Mingəçevirdə “Günel” şadlıq sarayında yanğın hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 yanğınsöndürmə briqadası cəlb olunub.
Qısa müddət ərzində yanğın söndürülüb. Hazırda soyutma işləri aparılır.
İlkin məlumata görə, yanğın hələ ki məlum olmayan səbəbdən restoranın mətbəxində meydana gəlib və iaşə obyektinin bu hissəsi yanaraq yarasız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.





Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top