Xərçəng riskini necə azalda bilərik?


“Pis vərdişlərdən imtina etmək və aktiv həyat tərzi keçirmək xərçəng riskini azaltmaq üçün təsirli yollardır”.
Yeniavaz.com
"New York Post”a istinadən xəbər verir ki, bu barədə xərçəng üzrə qidalanma mütəxəssisi Nikol Endrus danışıb.
Endrus bildirib ki, xərçəngin qarşısını almaq üçün ilk addım siqareti tərgitməkdir:
“Siqaret xərçəng riskini xeyli artırır, spirtlə birləşdikdə isə təhlükə daha da artır. Tütünlə yanaşı tərkibində spirt olan içkiləri də rasiondan çıxarmaq lazımdır. Kolbasa, sosis və digər işlənmiş qidalardan da çəkinmək lazımdır”.
Diyetoloqun fikrincə, qaynadılmış və ya bişmiş qırmızı ət də kolorektal xərçəng riskini artırır:
“Onlardan sui-istifadə etməsəniz, təhlükə minimal olacaq. Sağlamlığa zərər vermədən həftədə 500 qramdan çox olmayan qırmızı ət yemək olar”.
Endrus pəhrizi bitki əsaslı və tam taxıllı qidalara əsaslanaraq yenidən nəzərdən keçirməyə çağırıb:
“Bir portağal, qoz-fındıq və ya bir dilim tam taxıl çörəyi yeyəndə xərçəng riskini azaldır. Hüceyrələrinizi istənilən növ sərbəst radikallardan qoruyursunuz və xərçəng hüceyrələrinə çevrilməkdənsə onların bərpasına və normal vəziyyətə qayıtmasına kömək edirsiniz. Bu heyrətamizdir”.
O, əlavə edib ki, qidalanmaya bu cür yanaşma həm də bədxassəli şişlərin inkişafına səbəb olan artıq yağ toxumasından xilas edir:
“Süd məhsullarını diyetə daxil edilməlidir. Onlar immun sisteminə şişlərlə mübarizə aparmağa kömək edir. 45 yaşdan yuxarı insanlar müntəzəm olaraq testlərdən keçməlidir. Xəstəlik inkişaf etdiyi təqdirdə müalicəyə mümkün qədər tez başlamaq olsun”.

DİGƏR XƏBƏRLƏR

Top