“Yağ toxumasının çatışmazlığı sağlamlığa zərərdir” – Endokrinoloq


“Orqanizmdə yağ toxumasının çatışmazlığı kompleks sağlamlıq problemlərini təhdid edir”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Sputnik” radiosuna müsahibəsində endokrinoloq, tibb elmləri doktoru Zuhra Pavlova deyib.
Pavlova izah edib ki, yağ toxumasında çox sayda həyati vacib maddələr sintez olunur, bəziləri iltihabı təhrik edir, digərləri isə əksinə, onu məhv edir:
“Bu səbəbdən orqanizmdə həm artıq piy, həm də onun olmaması sağlamlığa zərərlidir. Yağ toxumasının çatışmazlığı immunitetin zəifləməsinə gətirib çıxarır və həmçinin osteoporozun inkişafına səbəb olur. Yetkinlik dövründə yağ toxuması çatışmazlığı olan bir qadının, yağ toxuması normal və ya hətta bir qədər çox inkişaf etmiş bir qadına nisbətən osteoporoz inkişaf riski əhəmiyyətli dərəcədə yüksəkdir. Piy toxuması daxili orqanları qoruyan və onları yerində saxlayan amortizatordur, ona görə də onun mövcudluğundan qorxmaq lazım deyil”.
Həkim əlavə edib ki, normalda piylərin miqdarı qadınlarda 31, kişilərdə isə 24 faizdən çox olmamalıdır.

DİGƏR XƏBƏRLƏR

Top