“Yayda bəzi salatlardan imtina etmək lazımdır”


“Hazır salatlar botulizmi inkişaf etdirərsə, zəhərlənməyə səbəb ola bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nutrisioloq Elena Solomatina "Veçernyaya Moskva" ilə söhbətində deyib.
Onun sözlərinə görə, hazır salatlara keyfiyyətsiz xammal qatıla, yeməklər yanlış şəkildə saxlanıla bilərl:
“Buna görə də onlarda suda və torpaqda yaşayan botulinum toksin bakteriyaları inkişaf edir. Onlar göbələk, ətə və ya tərəvəzə daxil ola bilərlər. Lakin onların inkişafı üçün konservlər kimi havasız bir mühit tələb olunur”.
Diyetoloq yayda artıq mayonez və ya digər yağlı sous ilə ədviyyatlı balıq, ət, yumurta ilə salat almamağı tövsiyə edib:
"Bakteriyalar yaxşı rütubətli bir mühitdə tez çoxalır. Yayda hazır meyvə salatı almayın. Meyvələr isti havalarda tez xarab olur, xüsusən onlara şəkər və yoqurt əlavə edilərsə. Belə salatları özünüz hazırlayıb dərhal yeməlisiz".

DİGƏR XƏBƏRLƏR

Top