Azərbaycanın sabiq millət vəkili Rusiyada sayca 3-cü sanatoriyasının açılışını edib


“Bu gün Kislovodsk şəhərində daha bir “İstoçnik” sanatoriyası (Stavropol vilayətində sayca üçüncü) açıldı”.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatı Azərbaycan Turizm Agentliyinin rəsmisi Kənan Quluzadə açıqlayıb.
Məlumat üçün bildirək ki, “İstoçnik” sanatoriyası sabiq millət vəkili Əsabil Qasımova məxsusdur. Kislovodsk şəhərində açılışı olan sanatoriya “Sanatoriya İstoçnik Kislovodsk” şirkətinə bağlıdır. Bu şirkətin nizamnamə kapitalının 50%-i Əsabil Qasımovun oğlu Taleh Qasımova, 30%-i Azərbaycanın “Karat Holdinq” şirkətinə, 20%-i isə “Sanatoriya İstoçnik” şirkətinə məxsusdur.
“Karat Holdinq”in sahibi olan Əsabil Qasımov Rusiyanın daha 2 şəhərində “İstoçnik” adlı sanatoriyaya sahibdir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top