ABŞ İsrailə 50 F-15 qırıcısı verəcək – WP


ABŞ administrasiyası tezliklə İsrailə 50 F-15 qırıcı təyyarəsi də daxil olmaqla, 18 milyard dollar dəyərində böyük silah satışını elan edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bu, Fələstin-İsrail münaqişəsi başlayandan bəri İsrailə ən böyük silah satışlarından biri olacaq.
Silahlar ABŞ-nin İsrailə verdiyi illik 3,3 milyard dollarlıq hərbi yardım hesabına ödəniləcək.
“Politico” nəşrinin məlumatına görə, silah paketinə hava-hava tipli raketlər də daxil olacaq.
Bundan əlavə, Vaşinqton administrasiyası İsrailə 1,8 min 2000 funt (907 kq) və 1,7 min 500 funt (təxminən 227 kq) bombadan ibarət yük göndərmək niyyətindədir.
Bundan əvvəl bu silahların tədarükü ABŞ-nin Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrailin genişmiqyaslı əməliyyatı ilə bağlı dayandırılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top