Səhnədən yıxıldı - Xəstəxanalıq oldu


“Üzüklərin hökmdarı” və “Hobbit” filmlərindəki Qandalf rolu ilə məşhurlaşan britaniyalı aktyor İan MakKellen xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” nəşri məlumat yayıb.
Məlumata görə, buna səbəb məşhur ajtyorun Londonun Noel Kauard Teatrında “Oyunçu Kral” tamaşası zamanı səhnədən yıxılması olub.
Qəzetin yazdığına görə, MakKellen döyüşü canlandırarkən müvazinətini itirib və səhnədən yıxılıb. Bundan sonra tamaşaçılar teatrdan təxliyə edilib və tamaşanın ləğv ediləcəyi bildirilib. Aktyorun xəsarətinin miqyası barədə hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, mayın 25-də MakKellenin 85 yaşı tamam olub. Yaradıcılıq karyerası ərzində aktyor 70-dən çox teatr tamaşasında oynayıb, 130-dan çox filmdə rol alıb. Sənətçi 1979-cu ildə Britaniya İmperiyasının komandor ordenini, 1991-ci ildə isə kino və teatr sənətinə verdiyi töhfələrə görə cəngavər titulunu alıb.

DİGƏR XƏBƏRLƏR

Top