Qəzzada ölən fələstinlilərin sayı 37,4 minə yaxınlaşır


2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 37,4 minə, yaralanan fələstinlilərin sayı isə 85,5 minə yaxınlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 37 372 nəfərə, yaralananların sayı isə 85 452 nəfərə çatıb”, - məlumatda bildirilib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, son 24 saat ərzində İsrail hərbçilərinin əməliyyatları nəticəsində 25 fələstinli həlak olub, 80 fələstinli yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top