İranda zəlzələ oldu – Ölənlər var


İranın Rəzəvi Xorasan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 96,1 min nəfər əhalisi olan Kəşmer şəhərindən 3 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
İRNA agentliyi isə öz növbəsində Rəzəvi Xorasan əyalətində 5 bal gücündə zəlzələ barədə məlumat yayıb. İran Qızıl Aypara Cəmiyyətinin iki qrupu vəziyyəti qiymətləndirmək üçün hadisə yerinə göndərilib.
İlkin məlumata görə, zəlzələ nəticəsində iki nəfər ölüb.

DİGƏR XƏBƏRLƏR

Top