Misir və Qətər HƏMAS-dan cavab aldı


Misir və Qətər Fələstinin HƏMAS hərəkatından ABŞ Prezidenti Co Baydenin Qəzza zolağında nizamlanma təşəbbüsünə cavab alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Sənəddə bildirilir ki, Qahirə və Doha HƏMAS və digər Fələstin qruplarının Amerikanın atəşkəs razılaşması və girovların İsrail həbsxanalarında saxlanılan fələstinlilərlə dəyişdirilməsi təklifinə cavabını alıblar.
Həmçinin tərəflər Qəzzada nizamlanma üzrə ABŞ ilə birgə vasitəçilik səylərinin razılıq əldə olunana qədər davam edəcəyini təsdiqləyiblər.
Öz növbəsində Qətərin “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən bildirib ki, HƏMAS hərəkatının göndərdiyi düzəlişlər İsrail qüvvələrinin anklavın bütün ərazisindən çıxarılmasını ehtiva edir. Bundan əlavə, radikallar İsrail hərbçilərinin, o cümlədən Rəfah keçid məntəqəsi ərazisindən və sektorun Misirlə sərhədindəki Filadelfiya dəhlizi adlanan ərazidən çıxarılmasını tələb edirlər.

DİGƏR XƏBƏRLƏR

Top