Ərdoğanla Putinin görüşü iyulda baş tuta bilər


Rusiya Prezidenti Vladimir Putin iyulda Astanada keçiriləcək sammit çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşməyi gözləyir.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya lideri Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə deyib.
“Sizdən xahiş edirəm ki, Prezident Ərdoğana ən xoş arzularımı çatdırasınız. Ümid edirəm ki, yaxın gələcəkdə - məncə, iyulun 3-4-də o, bildiyimə görə, Astanada olmalıdır. Onunla görüşmək və bütün aktual məsələləri müzakirə etmək imkanımız olacaq”, - Putin bildirib.
Öz növbəsində Türkiyə XİN rəhbəri Ərdoğanın salamlarını Putinə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top