Versalda yanğın, ziyarətçilər təxliyə edildi – Video


Versal sarayının damında yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Yayılan videogörüntülərdə binadan tüstü qalxdığı görünür.
Bildirilir ki, tüstünü işçilər aşkar edib. Ehtiyat tədbiri olaraq ziyarətçilər təxliyə edilib.
Yanğınsöndürmə xidməti yanğının tez bir zamanda söndürüldüyünü bildirib. Sarayın mətbuat xidmətindən muzeyin kolleksiyalarına heç bir ziyan dəymədiyinə aydınlıq gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top