“İsrail 50 fələstinli məhbusu azad etdi” – “Əl Mayadeen”


“İsrail ölkə həbsxanalarında saxlanılan 50 fələstinlini azad edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilir ki, məhbuslar Qəzza zolağının şimalındakı Beyt Lahiya şəhərinin qərbində yerləşən “Zikim” keçid məntəqəsi vasitəsilə azad edilib və “Kamal Advan” xəstəxanasına yerləşdirilib.
Fələstinli əsirlərin işləri komissiyasının son məlumatlarına görə, 2023-cü il oktyabrın 7-dən bu yana İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilində saxladığı fələstinlilərin sayı 9,1 mini keçib.

DİGƏR XƏBƏRLƏR

Top