“ABŞ-nin Gürcüstan rəhbərliyinə qarşı sanksiyaları təhqiramizdir” – Kobaxidze


“ABŞ-nin Gürcüstan rəhbərliyinə qarşı sanksiyaları təhqiramizdir və iki ölkə arasında tərəfdaşlıq ruhuna uyğun gəlmir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Berlində keçirilən Ukraynanın bərpası üzrə konfransın kuluarlarında gürcü jurnalistlərə deyib.
“Bir daha qeyd etmək istəyirəm ki, sanksiyalar ciddi deyil. Bu birincidir. Baxmayaraq ki, sanksiyalar öz qeyri-ciddiliyi ilə birlikdə ölkəmizi, xalqımızı təhqir edir. Bu da tərəfdaşlıq ruhunda deyil. Buna görə də ümid edirəm ki, sonda hər şeyə yenidən baxılacaq”, - Baş nazir deyib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top