Aİ Ukraynanın üzvlüyünə dair danışıqlara başlayır


Avropa İttifaqı (Aİ) iyunun sonunda Ukraynanın ittifaqa qəbulu ilə bağlı danışıqlara başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Berlində Ukraynanın bərpasına dair konfransda deyib.
“Aİ bu ayın sonuna kimi Ukraynanın üzvlüyünə dair danışıqlara başlamalıdır”, - AK rəhbəri bildirib.
Qeyd edək ki, daha əvvəl “Financial Times” qəzeti Brüsseldəki mənbələrə istinadla danışıqların iyunun 25-də başlayacağını bildirmişdi. Ukraynayönlü partiyaların nəticələrini mənfi təsir göstərməmək üçün danışıqlar mart ayından Avropa Parlamentinə seçkilərin keçirilməsinə qədər təxirə salınmışdı.

DİGƏR XƏBƏRLƏR

Top