Qazaxda vəzifəli şəxslərə cinayət işi açıldı


Qazaxda təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazax rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
“Araşdırmalarla Mərkəzin vəzifəli şəxsləri tərəfindən faktiki olaraq əmək fəaliyyətini icra etməyən şəxslərə əsasssız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla xeyli miqdarda büdcə vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır”.

DİGƏR XƏBƏRLƏR

Top