Blinken İsrailə gedəcək


ABŞ dövlət katibi Antoni Blinken iyunun 10-da İsrailə gedəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Məlumata görə, Blinkenin səfəri Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair üçmərhələli sazişin irəli sürülməsi və anklavda atəşkəsin əldə olunması səyləri fonunda baş tutacaq.
Qeyd edək ki, mayın 31-də ABŞ Prezidenti Co Bayden üç mərhələdən ibarət yeni sülh sazişi layihəsinin şərtlərini açıqlayıb. Birinci mərhələ altı həftəlik müddətə nəzərdə tutulub və tam atəşkəs əldə edilməsini, İsrail qoşunlarının Qəzzanın yaşayış məntəqələrindən çıxarılmasını, həmçinin, yüzlərlə fələstinli məhbusun həbsdən azad edilməsi müqabilində HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsini nəzərdə tutur.
Həmçinin, bu müddət ərzində tərəflər danışıqlara başlamalı və atəşkəs qarşılıqlı anlaşma əldə olunana qədər qüvvədə qalmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top