“Dedim ki, axırda gedib Azərbaycanda millət vəkili olacağam” – Video


Türkiyəli məşhur aktyor Oktay Kaynarca Azərbaycanla bağlı maraqlı açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, Kaynarca qonaq olduğu “Biz-bizə” proqramında Azərbaycanda necə sevilməsindən danışıb.
O, ölkəmizdə bu qədər pərəsətişkarının olmasına təəccübləndiyini bildirib.
“Azərbaycan mənim üçün qəribə yerdir. Oradakı maraq məni həqiqətən çox təəccübləndirir. “Instagram”da məni ən çox izləyən şəhərlərə baxanda Bakı 3-cü yerdədir. Çox qəribə bir şeydir. O qədər məni özlərindən biri kimi görürlər ki, bir qədər sonra artıq mən də buna alışdım. Dedim ki, axırda gedib orada millət vəkili olacağam”, - aktyor qeyd edib.
Qeyd edək ki, Oktay Kaynarca sonuncu dəfə “Mən bu cahana sığmaram” serialında Cezayir Türk obrazını canlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top