“Bir ay ərzində sülh sazişini imzalamağa hazırıq” – Ermənistan XİN


Rəsmi İrəvan Ermənistanın bir ay ərzində sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.
Yeniavaz.com
“Sputnik”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunub ki, Ermənistanın qonşularına, o cümlədən Azərbaycana qarşı ərazi iddiası yoxdur.
“bütün şübhələri aradan qaldırmağın ən aydın və birbaşa yolu uzunmüddətli sülhə yol açacaq sazişin imzalanmasıdır. İrəvan bunu bir ay ərzində etməyə hazırdır”, - Ermənistan XİN-in bəyanatında qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top