Mbappe transferindən sonra “Real” prezidenti Ardaya zəng vurub – KİV


“Real Madrid”in prezidenti Florentino Perez Kilian Mbappe transferindən sonra Arda Gülərə zəng etdiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
Bildirilir ki, Perez, Ardaya Mbappenin gəlişindən sonra başqa komandalara icarəyə veriləcəyi ilə bağlı iddialara qulaq asmamasını tövsiyyə edib və ona güvəndiklərini bildirib.
Qeyd edək ki, ötən mövsüm ağır zədələrlə mübarizə aparan Arda Gülər ​​ona verilən məhdud vaxtdan yaxşı istifadə edə bilib. Belə ki, Türkiyə millisinin 19 yaşlı ulduzu La Liqada 10 matçda cəmi 373 dəqiqə meydanda olub və 6 qol vurmağı bacarıb.
Xatırladaq ki, bu mövsüm 15-ci dəfə UEFA Çempionlar Liqasının kubokunu öz muzeyinə aparan İspaniya komandası Kilian Mbappe ilə müqavilə imzalayıb. Bu səbəbdən İspaniya mediası Arda Gülərin növbəti mövsümdə oynamaq şansının daha da azaldığını iddia edir.

DİGƏR XƏBƏRLƏR

Top