Ayaz Məhərrəmov sərbəst buraxıldı – Yenilənib


AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında məlumat dərc edib.

***11:48
AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən APA-ya açıqlama verilib.
Bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.
“Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib.
Fakt üzrə araşdırma aparılır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top