“WhatsApp” da süni intellekt köməkçisi yaradır


“WhatsApp” messenceri biznes hesablarının idarə edilməsi üçün süni intellektə (AI) əsaslanan köməkçi təqdim edəcək.
Yeniavaz.com
“TechCrunch” portalına istinadla xəbər verir ki, bu barədə “Meta” şirkətinin təsisçisi Mark Zukerberq bildirib.
Onun sözlərinə görə, messencer müxtəlif tapşırıqlar, o cümlədən biznes tapşırıqları üçün bir neçə süni intellekt sistemini işə salacaq.
Neyroşəbəkə müştərilərlə danışan, müşayiət edən və kommersiya fəaliyyəti quran vasitəçi kimi çıxış edəcək.
Nəşr qeyd edib ki, biznes istifadəçiləri “Facebook” və “Instagram” sosial şəbəkələrində reklam üçün süni intellekt sistemlərindən istifadə edə biləcəklər.
Süni intellekt həmçinin suallara avtomatik cavab verə biləcək.

DİGƏR XƏBƏRLƏR

Top