Netanyahu ABŞ Konqresində çıxış edəcək


İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə adı açıqlanmayan israilli məmur və ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin köməkçisi Mayk Consona istinadla “The Times of Israel” nəşri yazıb.
Onlar Netanyahunun Konqresin əsas üzvləri tərəfindən dəvət olunduğu çıxışın iyulun 24-nə planlaşdırıldığını bildiriblər.
Qeyd edək ki, bundan əvvəl “Politico” qəzeti də baş nazirin iyunun 13-də keçiriləcək iclasda çıxış edəcəyini yazmış, ancaq Netanyahunun ofisi bu xəbəri təkzib etmişdi. Çünki tarix yəhudilərin “Şavuot” bayramının ikinci gününə təsadüf edir.
Xatırladaq ki, Netanyahu 1996, 2011 və 2015-ci illərdə də ABŞ qanunvericilərinə müraciət edib.

DİGƏR XƏBƏRLƏR

Top