Partlayışın olduğu obyekt “Qazprom"a məxsusdur – Hadisədən əvvəl xəbərdarlıq edilib


Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Ermənistanın paytaxtı İrəvandan 16 kilometr aralıda – İrəvan-Sevan magistral yolunun kənarında yerləşən CNG (sıxılmış qaz) yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.
Bildirilir ki, yanğın tamamilə söndürülüb.
Rəsmi məlumata görə, 7 nəfər yaralanıb və onlardan 2-nin vəziyyəti ağırdır.
Məlumat üçün bildirək ki, partlayışın baş verdiyi yanacaqdoldurma məntəqəsi Rusiyanın “Qazprom” şirkətinə bağlı olan “Qaz Oil” şirkətinə məxsus olub.
Ermənistan mətbuatı yazır ki, partlayışın baş verdiyi “Qaz Oil” məntəqəsinə dövlət tərəfindən dəfələrlə xəbərdarlıq olunub. Bu ilin fevral ayının 14-də müştəriləri aldatdıqları üçün cərimə olunublar. 2022-ci ildə də “Qaz Oil” şirkəti 2 dəfə cərimə olunub. Partlayışın baş verdiyi gün (6 iyun) dövlət qurumları “Qaz Oil” məntəqəsinə gələrək onlara xəbərdarlıq ediblər.

DİGƏR XƏBƏRLƏR

Top