![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/11/16/1/c07ec8fb-a560-4ea5-9b17-4df158eb6aff/neft-dollar.jpg)
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
Yeniavaz.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,56 dollar, yaxud 3,28 % artaraq 80,91 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.