Bayden bu dəfə “İsrailin Rusiyanı işğal etmək niyyətində olmadığını" dedi


ABŞ Prezidenti Co Bayden yenə ciddi səhvə yol verib və İsrailin Rusiyanı işğal etmək niyyətində olmadığını deyib.
Yeniavaz.com
xəbər verir ki, o, bunu ABC telekanalına müsahibəsi zamanı bildirib.
“Düşünürəm ki, o (İsrailin Baş naziri Benyamin Netanyahu) məni dinləyir. Onlar bunu etmədilər, onlar Rusiyaya getməyi, Rəfahı tam miqyasda işğal etməyi planlaşdırmırdılar”, - deyə ABŞ lideri qeyd edib.
Qeyd edək ki, 81 yaşlı Bayden ictimai çıxışlarında tez-tez müxtəlif şifahi səhvlərə yol verir. Respublikaçılar isə bundan dövlət başçısının ABŞ-yə rəhbərlik etmək imkanlarını şübhə altına almaq üçün seçki marafonunda istifadə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top