Hansı ölkədə nə qədər həbsxana işçisi var? – Avropa ölkələrinin siyahısı


Avropa Şurasına üzv olan ölkələrin penitensiar xidmət orqanlarında çalışan işçilərin sayına görə ilk sırada Türkiyə yer alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Avropa Şurasının İllik Cəza Statistikası”nda (SPACE I) qeyd olunub.
Bildirilir ki, Türkiyənin penitensiar xidmət orqanlarında 77 min 472 nəfər çalışır. İkinci sırada 61 min 125 nəfər əməkdaş ilə İngiltərə və Uels yer alır. Ən az əməkdaşı olan penitensiar xidmət orqanı San Marinoya məxsusdur. Bu ölkənin penitensiar xidmət orqanlarında cəmi 6 nəfər işləyir.
Onu da bildirək ki, Azərbaycan Avropa Şurasına üzv olsa da, ölkəmiz ilə bağlı məlumatlar hesabatda yer almayıb.
Digər Avropa Şurası ölkələrində penitensiar xidmət orqanlarında çalışan işçilərin sayı aşağıdakı kimi olub:
Albaniya – 4 588
Andora – 82
Ermənistan – 1 914
Avstriya – 4 337
Belçika – 8 547
Bolqarıstan – 3 601
Xorvatiya – 2 597
Kipr – 394
Çexiya – 10 822
Danimarka – 4 355
Estoniya – 1 151
Finlandiya – 2 259
Fransa – 43 504
Gürcüstan – 3 509
Almaniya – 42 765
Yunanıstan – 4 394
Macarıstan – 9 316
İslandiya – 156
İrlandiya – 3 994
İtaliya – 41 661
Latviya – 2 436
Lixtenşteyn – 20
Litva – 3 181
Lüksemburq – 790
Malta – 500
Moldova – 2 489
Monako – 86
Monteneqro – 487
Niderland – 12 292
Cənubi Makedoniya – 954
Norveç – 4 114
Polşa – 28 798
Portuqaliya – 6 597
Rumıniya – 12 883
San Marino – 6
Serbiya – 4 218
Slovakiya – 5 846
Sloveniya – 922
İspaniya – 25 232
İsveç –  10 949
İsveçrə –  4 669
Türkiyə –  77 472
Ukrayna – 29 314
İngiltərə və Uels – 61 125
Cənubi İrlandiya – 1 602
Şotlandiya – 5 296

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top