Stallonenin saat kolleksiyası 6,7 milyon dollara satıldı – Foto


Məşhur Hollivud ulduzu Silvestr Stallonenin saat kolleksiyası “Sotheby's” hərrac evində 6,7 milyon dollara satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərrc evinin saytında məlumat verilib.
Məlumata görə, aktyorun kolleksiyasının mühüm hissəsini nadir “Patek Philippe Reference 6300G-010 Grandmaster Chime” saatı təşkil edib.
Stallonenin kolleksiyası ümumilikdə 6,7 milyon dollar gəlir əldə edib. Bu məbləğin böyük hissəsi “Reference 6300G-010 Grandmaster Chime”ın satışından əldə edilib. Saat proqnozlardan daha yüksək qiymətə, 5,4 milyon dollara alıcı tapıb.
“Patek Philippe Grandmaster Chime”ın satışı təkcə İsveçrənin ən hörmətli saatsazları tərəfindən texniki mükəmməlliklə yaradılmış şah əsərin deyil, həm də əfsanəvi saatqayırma sənətinin unikal bayramı idi”, - deyə “Sotheby's” hərrac evinin saat bölməsinin rəhbəri Ceff Hess bildirib.

DİGƏR XƏBƏRLƏR

Top