“Qafqaz Media” ləğv olunur


“Qafqaz Media” MMC (VÖEN-2001815351) ləğv olunduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, ləğv olunan MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 45, mənzil 164-də yerləşir.
Nizamnamə kapitalı 40 manat olan MMC-nin qanuni təmsilçisi Davudov Rahim Bünyad oğludur.
Məlumat üçün bildirək ki, Davudov Rahim Bünyad oğlu 2016-cı ildə dövlət qeydiyyatına alınan “Admedia Reklam” MMC-nin (VÖEN- 2004048701) də qanuni təmsilçisidir. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov ev 25K, m. 5-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir.
Davudov Rahim Bünyad oğlu eyni zamanda 2017-ci ildə dövlət qeydiyyatına alınan “Smart Media.Az” MMC-nin (VÖEN -2004517221) də qanuni təmsilçisi olub. Hazırda bu şirkətin qanuni təmsilçisi Davudov Biniyət Mehti oğludur. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., ev 49, m. 69-da yerləşir. Bu şirkət reklam sahəsində fəaliyyət göstərir. “smartoutdoor.az” portalı da bu şirkətə məxsusdur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top